“Real” Nikolas Pası qışda geri çağırmaqdan imtina etdi
26.11.2025 , 19:02
“Real” Madrid sabiq futbolçusu Nikolas Pasın qış transfer pəncərəsində “Komо”dan geri çağırılması ehtimalını rədd edib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi Pasın bu mövsümün ortasında geri qayıtmasını planlaşdırmır. “Komо” isə A Seriyasında yüksək pillələr uğrunda mübarizəni davam etdirmək üçün futbolçunu yayadək heyətində saxlamaq istəyir.
Argentinalı oyunçunun özü də mövsüm bitənədək “Komо”dan ayrılmaq niyyətində deyil.
“Real” yaxın həftələrdə Pasın 2026-cı ilin yayında komandaya qayıtması ilə bağlı “Komо” ilə razılaşma əldə etməyə çalışacaq. Pas 2023/24 mövsümündə Madrid klubunun heyətində çıxış edib.
Gənc yarımmüdafiəçi bu mövsüm A Seriyasında keçirdiyi 12 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.