“Real” Modriçlə müqavilə yenilədi
17.07.2024 , 16:30
“Real” futbolçusu Luka Modriçlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, İspaniya nəhəngi ulduz oyunçunun müqaviləsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı futbolçunun sözləşməsi 2025-ci ilin yayınadək yenilənib.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir.