“Real” Modriçlə müqavilə imzalamayacaq
27.11.2018 , 11:31

Cari mövsüm göstərdiyi performansla tənqid hədəfinə çevrilən Madrid “Real”ı Luka Modriçlə bağlı qərar verib.
Madrid klubu müqaviləsi 2020-ci ildə başa çatacaq xorvat ulduzla yeni sözləşmə imzalamaq fikrində deyil. “Kral klubu” 8 milyon avro maaş alan 33 yaşlı yarımmüdafiəçi ilə yola davam etməyi düşünmür.
Məlumata görə, Modriçlə yaxından maraqlanan klub İtaliya “İnteri”di.
