“Real” Modriçlə bağlı qərarını verdi
27.04.2023 , 13:39
2012-ci ildən “Real Madrid”də çıxış edən xorvatiyalı ulduz Luka Modriçin gələcəyi bəlli olub.
Korner.az xəbər verir ki, futbolçunun adı başqa klublarla hallansa da, onun Madrid klubunda qalacağı dəqiqləşib.
İspaniya nəhəngi Modriçlə müqavilənin müddətini uzatmaq üçün razılığa gəlib. Yaxın günlərdə rəsmi imzaların atılması gözlənilir.
Modriç bu mövsüm “Real”da 44 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.