“Real” Modriçi itirdi
28.04.2023 , 17:41

“Real”ın futbolçusu Luka Modriç zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti “Almeria” ilə oyundan öncə keçirilən mətbuat konfrasında deyib.
Təcrübəli mütəxəssis onun meydana nə vaxt qayıdacağını bilmədiyini söyləyib:
“Modriç zədəlidir. Onun nə vaxt qayıdacağını bilmirik. Ümid edirik ki, o, tezliklə sağalacaq və yenidən bizə qoşulacaq”.
Sabah keçiriləcək “Real” – “Almeria” oyununa saat 20:30-da start veriləcək.
