“Real” Modriçi itirdi
09.01.2025 , 14:58
“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya Superkubokunun yarımfinalında keçiriləcək “Malyorka” ilə oyunu buraxacaq.
Korner.az xəbər verir ki, buna 39 yaşlı futbolçunun virusa yoluxması səbəb olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün “King Abdullah Sports Siti” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.