“Real” Modriçi daha bir il görmək istəyir
08.05.2023 , 23:11

“Real”la müqaviləsi başa çatacaq olan Luka Modriçib daha 1 il komandada qalacağı dəqiqləşib.
Korner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.
İspaniya nəhənginin qısa müddətdə futbolçu ilə yeni müqavilə imzalayacağı bildirilir.
Bu mövsüm Madrid klubunda 45 oyun keçirən Luka Modriç 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
