İtaliyanın "Milan” klubunun gənc qolkiperi Canluici Donnarumma "Real”ın transfer hədəfindədi.
Korner.az-ın məlumatına görə, Madrid təmsilçisi gəlcəyin ən yaxşı qapıçıları arasında göstərilən əlcək sahibi ən tez müddətdə rənglərinə bağlamaq istəyir.
Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Bildirilir ki, artıq "kral klubu”nun rəhbərliyi bu barədə futbolçunun meneceri Mino Rayola ilə də danışıq aparıb.
