“Milan” İtaliya çempionatını ilk üçlükdə tamamlayacağı təqdirdə Madrid “Real”ına Kaka üçün 3 milyon avro təzminat ödəyəcək.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Real” Kakanı “Milan”a satarkən futbolçunun müqaviləsini bu cür xüsusi maddə qoydurub.
Xatırladaq ki, Kaka, bu mövsüm “qırmızı qaralar”ın heyətində cəmi 1 oyunda iştirak edib.