Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Real” İspaniyada “Mançester Siti”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yarımfinalın digər oyunu sabah İtaliyada baş tutacaq. “Milan” azarkeşləri önündə “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
9 may
23:00 “Real” – “Mançester Siti” – 1:1
Qollar: J.Vinisius, 36 – K.De Bruyne, 67
Baş hakim: Artur Diaş (Portuqaliya)
