“Real” finalda!
05.05.2022 , 01:42

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, “Real” ilk oyunda 3:4 hesabı ilə uduzduğu “Mançester Siti”ni qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb. Bununla da Madrid təmsilçisi finala vəsiqəni təmin edib.
Final matçında “Real” “Liverpul” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1
Qollar: Rodriqo, 90, 90+1, Benzema, 95 – Mahrez, 73
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 3:4
