“Real” “Mançester Siti”dən oyunçu transfer edir
04.04.2025 , 12:30

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubunu dəyişməyə yaxındır.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirməyə yaxındır.
30 yaşlı futbolçunun xidmətində “Real” ın maraqlı olduğu bildirilir.
Madrid nəhəngi mövsümün sonunda oyunçu üçün təklif göndərəcək.
Silva bu mövsüm 40 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
