“Real” səfərdə xal itirdi – VİDEO
01.12.2025 , 11:30
İspaniya La Liqasında 14-cü turun qarşılaşmaları davam edir.
Korner.az xəbər verir ki, “Real” bu turda səfərdə “Jirona” ilə üz-üzə gəlib.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Jirona” – “Real” – 1:1
Qollar: Unahi, 45 — Mbappe, 67 (pen.)
Madrid klubunun bu heç-heçəsi turnir cədvəlində liderliyi dəyişib. “Barselona” 34 xalla birinci pilləyə yüksəlib, “Real” isə 33 xalla ikinci sırada qərarlaşıb.