Azərbaycan Gənclər və İdman Nazirliyi İspaniyanın Real Madrid Fondu ilə birgə “Uşaqların futbol vasitəsi ilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial layihə həyata keçirir.
Korner.az-ın məlumatına görə, Layihənin icrası Qax rayonunda reallaşdırılır. Layihədən 100 uşağın faydalanması nəzərdə tutulur. Onların sırasında fərqlənən 20 nəfər isə İspaniyada dünya şöhrətli klubların təlim – məşq proseslərinə cəlb olunacaq.
Bu ilin aprel ayında Gənclər və İdman Nazirliyi ilə Real Madrid Fondu arasında 4 illik tədris müddəti üçün əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Real Madrid Fondu uşaqların futbol vasitəsi ilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası üzrə sosial modelini Azərbaycanda tətbiq etməklə ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verəcək.
Layihədən 9-17 yaşlı 100 uşağın faydalanması nəzərdə tutulur. Azərbaycan prezidenti yanında Gənclər Fondu, Azəridmanservis, AFFA və İnkişaf naminə İdman ictimai birliyinin dəstək verdiyi layihəyə əsasən, iqtisadi cəhətdən riskt altında olan, yoxsulluqdan əziyyət çəkən uşaqlar cəlb olunub. İdarə rəisinin sözlərinə görə, ilk dəfə təşkil edilən sosial futbol layihəsini uğurlu hesab etmək olar. Belə ki, bura cəlb edilən uşaqlar Qaxda bir sıra nəticələri ilə Fond rəhbərliyinin diqqətini cəlb edib.
Bildirildi ki, bu ilin sentyabrda layihə çərçivəsində Bakıda yaradılan “Vətən sosial futbol məktəbi”nin rəsmi açılış mərasimi keçiriləcək. Məkətbin açılış mərasiminə Real Madridin ulduz futbolçusu Emilio Qutragenio və Fondun viste-prezidenti Enriki Sançesin də qatılacağı gözlənilir.
