Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, final matçında İspaniyanın iki təmsilçisi "Real" və "Atletiko" üz-üzə gələcək.
İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq Madrid finalı Baskı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, iki il öncə də ÇL-in finalında üz-üzə gələn tərəflərin mübarizəsində "Real" qələbə qazanan komanda olmuşdu.
28 may
Çempionlar Liqası, final
22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) 1:1 (pen – 5:4)
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu
