“Real” maaş endirimini açıqladı
09.04.2020 , 19:48

“Real” koronavirus pandemiyasına görə maaşlarda endirim etmək məcburiyyətində qalıb.
Korner.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Real”ın futbol və basketbol üzrə əsas komandalarının oyunçuları, məşqçiləri və digər çalışanlarının maaşında 10-20 faiz aralığında endirim tətbiq olunacaq.
Bu qərar 2019/20 mövsümünün sonuna kimi qüvvədə olacaq.
