“Real” məşqləri bərpa etdi
02.06.2020 , 17:05

“Real” komanda şəklində məşqləri bərpa edib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın ilk dəfə tam heyətdə məşq etdiyi bildirilib.
Qeyd edək ki, məşqdə zədəsini sağaldan Marko Asensio ilə Eden Hazard da iştirak edib.
