İspaniya La Liqasının XVII turunda “Qranada” ilə qarşılaşan “Real” bu matçda darmadağınla qələbə qazanıb – 5:0
Korner.az-ın məlumatına görə, bu qələbə “Real”ın İspaniyada “Barselona”nın saxladığı məğlubiyyətsizlik seriyası yenilədi.
“Kral klubu” da artıq 39 oyundu məğlub olmur. Son məğlubiyyət ötən ilin aprelində “Volsburq”a qarşı oyunda reallaşıb. Bu uğurlu çıxış haqda “Qaranada” ilə oyundan sonra rəy bildirən baş məşqçi Zinəddin Zidan “Real” son dövrlərin ən yaxşı çıxış etdiyini vurğulayıb:
“Hazırda “Real” mənim rəhbərliyimdə ən yaxşı dövrünü keçirir. Bu oyunda qalib gəlmək bizə vacib idi. Ancaq təkcə qələbə yox, bunü yüksək səviyyədə etmək zəruri idi. “Real”da hamı oyundan həzz alır, bu çox vacibdi. Mən şadam ki, komandamız 90 dəqiqə rəqibə hörmətlə yanaşdı və qalib gəldi”
