“Real” Luka Yoviçlə yolları ayırır
21.03.2020 , 20:31

“Real” klubu hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “kral klubu” cari mövsümün sonunda futbolçu ilə yollarını ayıracaq.
Yoviç koronavirus pandemiyası səbəbiylə karantində olmasına baxmayaraq, təcrid qaydalarını pozub. Onun sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getməsi klub rəhbərliyinin qərarını qətiləşdirib.
