“Real” “Lion”nun yarımmüdafiəçisini transfer etmək istəyir
28.03.2019 , 14:03

İspaniyanın “Real” Madrid klubu yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
“Kral klubu” Fransanın “Lion” klubunda çıxış edən Tanquy Ndombeleni bu yay heyətinə qatmağa çalışacaq. İspaniya mətbuatına görə, Zinəddin Zidan şəxsən özü rəhbərlikdən 22 yaşlı yarımmüdafiəçinin transfer edilməsini istəyib.
Qeyd edək ki, Tanquy Ndombele “Lion” klubunun heyətində 24 görüşə çıxıb.
