“Real” Kurtuanın transferini həll etdi
15.07.2018 , 17:04

Tibo Kurtua “Çelsi”ni tərk etməyə hazırlaşır. O, karyerasını “Real”da davam etdirəcək.
Belçikalı qolkiper Madrid klubu ilə razılıq əldə edib. İspanlar bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. Kurtuanın özü isə Madriddə ilinə 11 milyon avro qazanacaq.
“Çelsi” Kurtuanın yerinə “Roma”dan Alissonu heyətinə qatacaq.
