“Real” Kros ilə Modriçin yerinə onu düşünür
11.05.2023 , 12:43

Madrid “Real”ı “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi transfer etməyi düşünür.
Korner.az-ın xəbərinə görə, “Kral klubu” bu keçidi 2024-cü ildə komandadan ayrılacaq Toni Kros və Luka Modriçdən sonra zəifləyəcək yadımmüdafiə xəttini gücləndirmək üçün reallaşdırmaq istəyir.
Kimmixin “Bavariya” ilə müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçu yalnız Çempionlar Liqasına daimi namizəddən təklif alacağı halda hazırkı klubundan ayrıla biləcəyini deyib.
