“Real” Kenan Yıldızı izləyir
16.10.2025 , 11:06
İspaniyanın “Real” klubu, “Yuventus”un gənc hücumçusu Kenan Yıldıza maraq göstərir.
Korner.az xəbər verir ki, Madrid klubu UEFA Çempionlar Liqasında oktyabrın 22-də keçiriləcək “Real” – “Yuventus” matçında türkiyəli futbolçunun oyununu yaxından izləməyi planlaşdırır.
İspaniyanın “Defensa Central” nəşri yazır ki, Yıldızın performansı müsbət qiymətləndirilsə, “Real” qış transfer pəncərəsində onunla bağlı rəsmi addım atacaq.
Qeyd edək ki, bu mövsüm Kenan Yıldız “Yuventus”la 16 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.