“Real” Karvahala əvəzləyici tapdı
07.10.2024 , 12:15

“Real”ın müdafiəçisi Dani Karvahal sıradan çıxıb.
Korner.az xəbər verir ki, zədəsi ciddi olan oyunçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Madrid təmsilçisi ispaniyalı futbolçunun yerinə “Leyptsiq”dən Kastello Lukebanı transfer etməyi düşünür.
“Real” artıq 21 yaşlı müdafiəçinin keçidi ilə bağlı ilkin danışıqlara başlayıb.
