Braziliya millisinin heyətində parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən “Korintians”ın futbolçusu Paulinyo İngiltərənin “Tottenhem” klubu ilə müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçinin keçidi London təmsilçisinə 17 milyon funt-sterlinqə (20,57 milyon manat) başa gəlib.
Qeyd edək ki, Paulinyo ilə Madrid “Real”ı, “İnter”, “Milan” və “Roma” klubları da yaxından maraqlanırdı.
