“Real” İngiltərədən futbolçu gətirir
12.12.2024 , 18:58
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
“Real” argentinalı futbolçunu transfer etmək istəyir.
Madrid klubu 26 yaşlı futbolçu üçün “Mançester Yunayted”ə rəsmi təkliflə müraciət etməyi planlaşdırır.