“Real” və “Bavariya” yarımfinalda!
18.04.2024 , 01:51

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Bavariya” azarkeşləri önündə “Arsenal”ı qəbul edib. Görüş Münhen klubunun 1:0 hesablı qələbəsi ilə bitib.
Digər görüşdə isə “Mançester Siti” “Real”la qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə Madrid klubu növbəti mərhələyə adını yazdırıb – 4:3.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
17 aprel
23:00 Bavariya (Almaniya) – Arsenal (İngiltərə) – 1:0
Qol: Y.Kimmix, 63
İlk oyun 2:2
23:00 Mançester Siti (İngiltərə) – Real (İspaniya) – 1:1 (pen 3:4)
Qollar: Rodriqo, 12 – Kevin de Bruyne, 76
İlk oyun 3:3
