“Real”la bağlı flaş bir iddia ortaya atılıb.
Korner.az-ın məlumatına görə, Madrid klubunun prezidenti Florentino Peres Qətərdə PSJ-nin sahibi ilə görüş keçirib.
Daha öncə bildirilirdi ki, tərəflər Kriştian Ronaldonun transferini müzakirə ediblər. Yeni iddiaya əsasən, görüşdə Zlatan İbrahimoviçin keçidi gündəmə gətirilib.
Peres İbrahimoviçə illik 12 milyon avro dəyərində 3 illik müqavilə təklif etməyə hazırdı. İsveçli ulduzun adı bir müddət öncə “Milan”la hallanırdı.
