“Real” İbrahima Konatenin transferini rədd edib
28.11.2025 , 21:15
“Real” mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq İbrahima Konate ilə bağlı qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, La Liqa klubu fransalı mərkəz müdafiəçisini heyətinə qatmayacaq.
“Real”ın rəhbərliyi İngiltərə təmsilçisi ilə əlaqə saxlayaraq 26 yaşlı oyunçunun transfer olunmayacağını bildirib.
Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”la 18 rəsmi matçda iştirak edib və 1 qol vurub.