UEFA Çempionlar liqasında yoluna davam edən "Qalatasaray"ın futbolçusu Emanuel Ebue 1/4 final mərhələsində qarşılaşacaqları Madrid "Real"ı haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un müdafiəçisi püşkü belə dəyərləndirib:
"Yuxuma iki komanda girmişdi. Bunlar "Real" və PSJ idi ki, Madrid klubu bizə rəqib oldu. Real" güclü komandadır, ancaq mən rahatam. Onlar unutmamalıdırlar ki, "Qalatasaray"la oynayacaqlar. Hər iki komanda bir-birinə hörmət etməlidi. İlk oyun səfərdədi və bu bizim üçün üstünlük sayıla bilər. Bizim azarkeş dəstəyinə ehtiyacımız var".
