“Real” gənc oyunçu ilə müqavilə imzalayır
12.06.2025 , 10:56

“Real” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi gənc futbolçu Franko Mastantuono ilə razılığa gəlib.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, argentinalı oyunçu ilə 2031-ci ilə kimi müqavilə imzalanacağı gözlənilir.
“Real”ın bu transfer üçün “River Pleyt”ə 45 milyon avro ödəyəcəyi bildirilir.
