“Real” futbolçusunu icarəyə verdi
10.01.2021 , 12:58

“Real” futbolçusu Takefusa Kubonu icarəyə verib.
Korner.az xəbər verir ki, yaponiyalı oyunçu mövsümün sonuna qədər La Liqanın digər təmsilçisi “Xetafe”də çıxış edəcək.
19 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Vilyarreal”da keçirib.
