“Real” finalda
09.02.2023 , 01:00

Klublararası dünya çempionatında ikinci finalçı məlum olub.
Korner.az xəbər verir ki, ikinci yarımfinal oyununda “Real” və “Əl-Əhli” üz-üzə gəlib. 4:1 üstün olan Avropa təmsilçisi finala yüksəlib.
Həlledici oyunda “Real”ın rəqibi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olacaq. Matç fevralın 11-də keçiriləcək.
