“Real” “Fənərbağça”nın futbolçusunu istəyir
07.12.2018 , 11:37

Madrid “Real”ı heyətini gücləndirmək barədə düşünür. “Kral klubu” bunun üçün “Fənərbağça”nın qapısını döyəcək.
İstanbul klubunda oynayan Elif Elmas növbəti mövsümü La Liqada keçirə bilər. Bu barədə Skopje24 nəşri yazıb. 19 yaşlı makedoniyalıya rəsmi təklif göndəriləcəyi deyilir.
Elif Elmas bu mövsüm Superliqada 14 oyuna çıxıb və 1 qol ilə yadda qalıb.
