“Real” “Eybar”a qarşı itkilərlə çıxacaq
06.04.2019 , 14:00

Madridin “Real” klubu İspaniya çempionatını 31-ci turunda “Eybar” ilə keçiriləcək görüşə ciddi itkilərlə çıxacaq.
Klubun rəsmi saytına əsasən verilən xəbərə görə, Daniel Karvahal, Tibo Kurtua və Vinisius Junior cəza səbəbi ilə görüşü buraxmalı olacaqlar. Marselo isə cəza səbəbi ilə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Real” – “Eybar” oyunu bu gün Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
