“Real” Endriki icarəyə verməyə hazırlaşır
21.10.2025 , 22:00
“Real” rəhbərliyi gənc hücumçu Endriki daha çox oyun təcrübəsi qazanması üçün icarəyə verməyi planlaşdırır.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu DÇ-2026-da yığma komandasında oynamaq üçün meydanda daha çox vaxt keçirmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Endrik bu mövsüm heç bir oyunda iştirak etməyib. Ötən ilin yayında “kral klubu”na transfer olunan futbolçu keçən mövsüm 37 matçda meydana çıxaraq 7 qol vurub.