PSV-nin sol cinah müdafiəçisi Yetro Villems karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə , Hollandiya çempionatında bu mövsüm keçirdiyi 24 matçda 13 məhsuldar ötürmə və 1 qolla yadda qalan 20 yaşlı futbolçu ilə Madridin “Real” klubu yaxından maraqlanır.
Belə ki, Villemsin oyununu izləmək üçün “kral” klubu öz skautlarını da Hollandiyaya göndərib.
