“Real” ciddi itki: “Barselona” ilə oyunu buraxacaq
24.04.2025 , 15:00

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçuya sol körpü əzələsinin vətərinin tam qopması diaqnozu qoyulub.
Bu səbəbdən fransalı oyunçu İspaniya kubokunun finalında “Barselona” ilə keçiriləcək görüşü buraxacaq.
