Türkiyənin öndə gedən hakimlərindən olan Cüneyt Çakır daha bir möhtəşəm oyuna təyinat alıb.
Korner.az-ın məlumatına görə, Çakır sabah Çempionlar Liqasının qrup oyununda "Santiaqu Bernabeu"da keçiriləcək "Real" (Madrid) – "Borussiya" (Dortmund) matçını idarə edəcək. Çakıra bu vacib oyunda Bahattin Duran ve Tarık Ongun kömək edəcək. Dördüncü hakim isə Cem Satman olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
