“Real” Benzemaya alternativ tapdı
12.05.2023 , 12:51

“Real” Kerim Benzema üçün alternativ ad tapıb.
Korner.az xəbər verir ki, Madrid klubu onun yerinə “Napoli”dən Viktor Osimheni gətirə bilər.
Futbolçu yaxşı oyunu ilə İspaniya nəhənginin diqqətini çəkməyi bacarıb.
2025-ci ilin iyununa qədər müqaviləsi olan Viktor Osimhen bu mövsüm “Napoli”nin heyətində 35 rəsmi matçda 28 qol vurub və 5 məhsuldar ötürmə edib.
