“Real” Benzemanı onunla əvəzləyəcək
06.06.2023 , 11:44

Kərim Benzemanın gedişindən sonra yeni hücumçu axtaran “Real Madrid” ona əvəzləyici tapıb.
Korner.az xəbər verir ki, Marid klubu “Tottenhem”dən Harri Keyni heyətinə qatmaq istəyir.
İspaniya mətbuatında yer alan xəbərə görə, klub Benzemanı əvəz edə biləcək yeganə oyunçunun Harri Keyn olduğuna inanır.
“Real Madrid”in ilk olaraq “Tottenhem”ə 80 milyon avro təklif etdiyi, ancaq İngiltərə komandasının 100 milyon avro istədiyi bildirilir.
Keynə hər mövsüm 11 milyon avro qazanacaq üç illik müqavilə təklif olunub. Danışıqların qısa zamanda başa çatacağı gözlənilir.
Mina Musayeva
