“Real” Benzema ilə müqaviləni yenilədi
08.10.2019 , 19:19

“Real” klubu hücumçusu Kərim Benzema ilə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu mövsüm ərzində 11 milyon avro maaş alacaq.
