“Real” “Bayer”dən futbolçu gətirir
06.04.2024 , 14:19

“Real”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq istəyir.
İspaniya nəhəngi 20 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Virtsin klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
