“Real” “Bavariya”nın futbolçusunu transfer edir
16.01.2025 , 16:40

“Real” Alfonso Deyvisin keçidi ilə bağlı “Bavariya” ilə razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kanadalı müdafiəçi Madrid klubuna azad agent kimi keçəcək.
24 yaşlı Deyvisin Münhen klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdir.
