Dünən keçirilmiş "Real" (Madrid) – "Yuventus" matçından sonra meydan sahiblərinin "Ultras Sur" azarkeşlər qrupunun böyük hissəsi stadionun önündə toplaşıb.
Korner.az-ın məlumatına görə, onlar rəhbərliyə sərt etirazlar edib:
"Perez, çıx get!", "Futbolçular muzdlu işçilərdir!" şüarlarını səsləndirən azarkeşlər daha sonra Mourinyo, Arbeloa və Dieqo Lopezin şərəfinə mahnılar oxuyublar. Onlar rəhbərlikdən Mourinyonun qayıtmasını tələb ediblər.
Kasilyası da tənqid atəşinə tutulan azarkeşlər onu güvə adlandırıb.
