Madridin “Real” klubunun aparıcı futbolçularından sayılan Pepe zədəsini tam olaraq sağaldıb.
Korner.az-ın məlumatına görə, bu xəbər ispan mətbuatında yer alıb. Müdafiəçi bu gün yüngül məşqlər edib. Portuqaliyalı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində “Şalke” ilə qarşılaşmada iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, “Şalke” – “Real” oyunu fevralın 18-i keçiriləcək.
