Madrid “Real”ın müdafiəçisi Pepe ümumi qrupda məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu zədəsini tam sağaldıb və hazırlığı plan üzrə gedərsə, şənbə günü “Atletiko” Madrid derbisində oynaya biləcək.
Pepeyə sağ ayağın əzələ fassiiti diaqnozu qoyulmuşdu. Son olaraq 24 yanvarda “Betis”lə matçda (1:1) meydana çıxan 33 yaşlı futbolçu 4 həftəni trenajor zalında keçirmək məcburiyyətində qalmışdı. (Marca)
