Madrid “Real”ı ÇL finalında yeni rekorda imza ata bilər.
Korner.az-ın məlumatına görə, kral klubu bunu qapısını toxunulmaz saxlamaqla edə bilər.
Belə ki, ÇL yarımfinal mərhələsində “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gələn “Real” (Madrid) bu dəfə də qapısının toxunulmazlığını qoruyub. Bununla da, cari mövsüm turnirdə qol buraxmadığı oyunların sayını 10-a yüksəldən Zidanın yetirmələri “Arsenal”ın rekorduna şərik olub.
Qeyd edək ki, “Arsenal” 2005/2006 mövsümündə Çempionlar Liqasının 10 oyununda qapısının toxunulmazlığını qoruyub.
