“Real” “Arsenal”dan futbolçu transfer edir
07.02.2025 , 13:55

“Real”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Arsenal”dan Uilyam Salibanı heyətinə cəlb etmək istəyir.
Transfer baş tutarsa, 23 yaşlı müdafiəçi futbol tarixinin ən bahalı oyunçusu olacaq.
“Transfermarkt”da futbolçunun dəyəri 80 milyon avrodur.
