“Real” Avropanın top-5 çempionatları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub.
“Kral klubu” buna “Valensiya” (2:2) ilə La Liqa oyununda nail olub. Qarşılaşmanın 10-cu dəqiqəsində fərqlənən Aseinsio komandasını rekorda daşıyıb.
“Real” sonuncu dəfə 26 aprel 2016-cı ildə “Mançester Siti” ilə Çempionlar Liqasının yarımfinal oyununda meydanı qolsuz tərk edib. Həmin görüşdə hesab açılmayıb.
